BŞTİ-nin tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik Akademiya”lar fəaliyyət göstərir. 2021-2022-ci tədris ilində Bakı şəhəri üzrə “Kiçik Akademiya”lara 10 000-dən artıq şagird cəlb olunub. Həmçinin Bakı şəhəri üzrə “Kiçik Akademiya”ların saytı da yaradılıb (bakuka.az).
Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.