AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Büdcə Məcəlləsi ilə bağlı təkliflərimizi Milli Məclisə təqdim edəcəyik" - Palata sədri

  • + A
  • - A
  • 22-06-2022, 12:36

    "Büdcə Məcəlləsi ilə bağlı təkliflərimizi Milli Məclisə təqdim edəcəyik" - Palata sədri


    “Aparılan təhlillər 2022-ci ilin yenidən baxılan dövlət büdcəsi layihəsində nəzərdə tutulan müdafiə olunan xərclərin qeyri-neft gəlirləri hesabına təmin olunma səviyyəsinin ilkin təsdiq edilmiş büdcə ilə müqayisədə artdığını göstərir”.

    Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

    Onun sözlərinə görə, 2022-ci ilin təsdiq edilmiş büdcəsində 89,4% təşkil etsə də, yenidən baxılmış dövlət büdcəsində qeyri-neft gəlirlərinin artımı nəticəsində bu göstərici yüksələrək 99,8% səviyyəsində proqnozlaşdırılıb:

    “Büdcə sistemini tənzimləyən qanunvericilikdə mövcud olan boşluq və uyğunsuzluqların aradan qaldırılması, eyni zamanda qabaqcıl təcrübəyə uyğun fiskal sahəyə dair yeni yanaşmaları da ehtiva edən Büdcə Məcəlləsi ilə bağlı ilkin təkliflərimiz Maliyyə Nazirliyinə təqdim edilib. Bu təklifləri Milli Məclisə də təqdim etməyi nəzərdə tuturuq.
    Qeyd edim ki, təkliflərin demək olar ki, yarıdan çoxu fiskal sahəni tənzimləyən qanunvericilikdə boşluqlarla bağlıdır. Burada biz “Büdcə sistemi haqqında” qanunun 22 maddəsində, “Dövlət borcu haqqında” qanunun 5 maddəsində, eyni zamanda digər hüquqi aktların 5 bəndində olan uyğunsuzluq və boşluqların Büdcə Məcəlləsində nəzərə alınmasını təklif etmişik, bundan başqa 27 təklif Məcəllədə yeni yanaşmaların tətbiqi ilə bağlıdır”.

    Palata sədri vurğulayıb ki, ümumiyyətlə, son 5 ildə dövlət büdcəsinin həcmi əhəmiyyətli şəkildə - həm gəlirlər, həm də xərclər üzrə 1,8 dəfə artıb:

    “Müvafiq dövrdə cari xərclərin təqribən 2 dəfə artması fonunda dövlət büdcəsinin qeyri-neft gəlirləri 1,6 dəfə, qeyri-neft ÜDM 1,5 dəfə artıb. Unutmayaq ki, bu 2 göstərici məhz iqtisadiyyatı təbii resursla zəngin olan dövlətlərdə büdcənin proqnozlaşdırılması zamanı makrofiskal çərçivənin mühüm indikatoru hesab edilir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR