AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Neft Fondundan transfertlərin artması: Xarici valyutaya yüksələn tələb ödənilə bilər - RƏSMİ

  • + A
  • - A
  • 4-08-2020, 19:17

    Neft Fondundan transfertlərin artması: Xarici valyutaya yüksələn tələb ödənilə bilər - RƏSMİ
    Hesablama Palatasının 2020-ci il üzrə “büdcə zərfi”nə dair hazırladığı rəyində neftin qiyməti və büdcə xərcləri kimi əhəmiyyətli göstəricilər üzrə bir deyil, ən azı iki ssenarinin tətbiqi təklif olunub.

    Azadmedia.Az-ın xəbərinə görə, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik layihəsinə verdiyi rəydə yazılıb.

    Sənəddə bu prosesin qeyri-müəyyən dünya iqtisadiyyatı və bu qeyri-müəyyənliyə həssas olan neft qiymətləri şəraitində xüsusilə aktuallaşdığı vurğulanıb.

    Yenidən baxılacaq dövlət büdcəsində Dövlət Neft Fondundan transfertlərin 850 milyon manat artırılaraq, 12 milyard 200 milyon manata qaldırılması nəzərdə tutulur.

    Hesablama Palatasının rəyinə əsasən, bu, iqtisadi inkişafla yanaşı, istehlakçı narahatlığı fonunda xarici valyutaya artan tələbin ödənilməsinə dəstək ola bilər.

    “Dürüstləşməyə dair təqdim edilmiş məlumatlara əsasən, ÜDM-nin proqnoz göstəricisinin dürüstləşmə nəticəsində həm nominal, həm də real ifadədə əhəmiyyətli şəkildə azaldılmasının büdcə gəlirlərinin azaldılması, büdcə xərclərinin isə artırılması ilə müşayiət olunması nəzərdə tutulur.

    Adətən, büdcə parametrlərinin makrovəziyyətə paralel olaraq uyğunlaşdırılması müvafiq hesab edilsə də, pandemiya və ya post-pandemiya dövrü xüsusi hal kimi qəbul edilə bilər”, - deyə Hesablama Palatasının rəyində yazılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR