Azadmedia.az - 25 iyun 2022-ci il tarixdə Masallının şəfalı, gözoxşayan İsi kəndində şair, alim, həkim, müəllim və bəstəkar Mir Kazım Aslanlı 110 illiyi münasibətilə yubiley tədbiri və qəbirüstü abidəsinin təzədən götürülməsi münasibətilə məzarı önündə açılış mərasimi keçirilib.
Mərasimdə Masallı RİHB-nın əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ziyalı və ağsaqqallar, yaradıcı insanlar, alim-yazarın tədqiqatçısı, qohumları, mətbuat işçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mir Kazım Aslanlının məzarı önünə təzə güllər düzüblər.
Sonra tədbiri giriş sözü ilə açan Masallı RİH başçısının müavini Aybəniz Qafarova Rayon rəhbərinin salamlarını tədbir iştirakçılarına çatdırdıqdan sonra alimin həyat və yaradıcılığından danışıb.
Masallının Xırmandalı kəndindən olan tanınmış yazıçı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan Nurəddin Ədiloğlu (Muğanlı),
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva, Masallı RİHB-nın Qəriblər kəndi ərazisi üzrə nümayəndəsi Elvin Ağayev, kəndin sakinləri sahibkar Hacı İldırım Allahyarov, təqaüddə olan veteran müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nazim Qərib (Paşayev), şair Şahlar Əliyev, Mir Kazım Aslanlının bacısı oğlu Mirmusa Aslanlı və başqaları Masallının icra başçısı, hörmətli Şahin Məmmədova qəbirüstü abidənin təzədən götürülməsinə görə minnətdarlıq bildirib, şair, alim, həkim, müəllim və bəstəkarın 110 illik yublleyinin belə yüksək səviyyədə keçirildiyinə görə qürur duyduqlarını söyləyiblər.
Axırda tədbir iştirakçıları Mir Kazım Aslanlının yenidən düzəldilmiş qəbirüstü abidəsinin önündə xatirə şəkli çəkdiriblər.
Ülkər Piriyeva