“I və II Qarabağ Müharibəsi şəhidlərinin ruhuna ehtiram və ailələrinin diqqətdə saxlanılması həmişə bizim üçün prioritet vəzifədir.”
Azadmedia.az xəbər verir ki, bu fikirləri Masallı rayonu millət vəkili Məşhur Məmmədov Facebook sosial media hesabı üzərindən şəhid və şəhid ailələri barədə paylaşımında bildirib.Millət vəkili həmçinin bildirib ki, “Köməkçilərim Hekayət Nəzərov, Rəmzi Şahverdiyev, adları qeyd edilən şəhidlərin iyun ayında mövludu günü münasibəti ilə Şəhid ailələrinin evində olub, onların xatirələrini dinləyib, qayğıları ilə maraqlanıblar” -
Masallı rayonu I və II Qarabağ Müharibəsi şəhidləri:
Şəhid Vəliyev Ramazan Hilal oğlu (18.06.2022) Masallı rayon Ağakişibəyli kəndi;
I Qarabağ müharibəsi şəhidi Rəhimov Coşqun Hakim oğlu (24.06.2022) Masallı rayon Musaküçə kəndi;
I Qarabağ müharibəsi şəhidi Rəhimov Əli Fətulla oğlu (01.06.1995) Masallı rayon Köçəkli kəndi;
I Qarabağ müharibəsi şəhidi Mehdiyev Yaşar Ramazan oğlu (30.06.1973) Masallı rayon Digah kəndi
Vətən müharibəsi şəhidi Vəliyev Məhəmməd Nail oğlu (27.06.1996) Masallı rayon İmanlı kəndi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qeyd edək ki, millət vəkili M. Məmmədov 44 günlük tarixi Vətən müharibəsində qəhrəmanlıq dastanı yazmış, şəhidlik məqamına ucalmış Masallılı şəhidlərin ailələlərinə mütəmadi olaraq baş çəkir, Vətən qəhrəmanlarının məzarlarını ziyarət edir, qazi və şəhid ailələrini diqqətdə saxlayır.