AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Sosial şəbəkələrdə gənclərin rolu” mövzusunda görüş keçirilib - FOTO

  • + A
  • - A
  • 30-06-2022, 20:05

    Masallıda “Sosial şəbəkələrdə gənclərin rolu” mövzusunda görüş keçirilib - FOTO



    “Sosial şəbəkələrdə gənclərin rolu”

    Azadmedia.az - 30 iyun 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında fəal gənclərin iştirakı ilə “Sosial şəbəkələrdə gənclərin rolu” mövzusunda görüş keçirilib.

    Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev
    mövzu üzrə ətraflı məlumat verərək bildirdi ki, müasir həyatımızda informasiya-kommunikasiya texnologiyalarının rolu getdikcə artır. Texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarmışdır. Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq - deyən S.Əliyev onu da bildirib ki, hər bir sahədə olduğu kimi, sosial şəbəkələrdən istifadəyə münasibətdə də fikirlər müxtəlifdir.
    Seyfəddin Əliyev qeyd etdi ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər.
    Tədbirdə YAP fəallarından Aynur Qardaşova, Nemət Abdullayev, Rasif Dadaşov və başqaları çıxış edərək belə tədbirlərin xüsusilə gənclərin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, habelə onların sosial şəbəkələrdən düzgün istifadə ilə asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətini vurğulayıblar.
    Ülkər Piriyeva





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR