AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Bayram ərəfəsində şəhid ailələri ziyarət olunub - FOTO

  • + A
  • - A
  • 8-07-2022, 11:45

    Masallıda Bayram ərəfəsində şəhid ailələri ziyarət olunub - FOTO


    Azadmedia.az - Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və partiya fəalları Qurban bayramı münasibəti ilə Masallı şəhəri və Muskücə kəndi və digər ərazilərdən olan Şəhid ailələrinə baş çəkmiş, qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edib və yardım göstəriblər.

    Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev görüşlərdə şəhidlərimizin əziz xatirəsi yad edib, barələrində xoş təəsüratlar danışıb.

    Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və vəzifəmizdir.
    Ailələr göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR