AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Şəhidi Seyfullayev Araz Elsevər oğlu doğum günündə yad edilib - FOTO

  • + A
  • - A
  • 29-05-2022, 00:18

    Masallı Şəhidi Seyfullayev Araz Elsevər oğlu doğum günündə yad edilib - FOTO
    ŞƏRƏFLİ ÖMÜR ANILIR…

    Masallıda 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi təyinatlı qüvvələrində ki əsgəri, Seyfullayev Araz Elsevər oğlunun doğum günü münasibəti ilə xatirəsi anılıb.

    Azadmedia.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev və YAP fəalları Masallı şəhərində Vətən müharibəsi Şəhidi Seyfullayev Araz Elsevər oğlunun doğum günü münasibəti ilə məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. 

    Daha sonra şəhidin ailəsi ziyarət olunub. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Araz Seyfullayevin qısa və şərəfli ömür yolundan bəhs edb. Seyfəddin Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Araz Seyfullayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü ", Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
     
    Şəhid ailəsi göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

    ƏLİHÜSEYN ŞÜKÜROV






    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR