AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şuşanın sosial-iqtisadi dirçəlişinin Türk coğrafiyasının birləşməsində strateji əhəmiyyəti” mövzusunda beynəlxalq elmi seminar keçirilib - FOTO

  • + A
  • - A
  • 8-07-2022, 15:40

    “Şuşanın sosial-iqtisadi dirçəlişinin Türk coğrafiyasının birləşməsində strateji əhəmiyyəti” mövzusunda beynəlxalq elmi seminar keçirilib - FOTO



    “Şuşa İli” çərçivəsində elmi seminar keçirilib.

    Azadmedia.az xəbər verir ki, İyulun 7-də UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Şuşanın sosial-iqtisadi dirçəlişinin türk coğrafiyasının birləşməsində strateji əhəmiyyəti” mövzusunda onlayn seminar keçirilib.

    Moderatoru Rəna Hüseynovanın olduğu elmi seminarda bu sahədə tədqiqat aparan mütəxəssislər iştirak ediblər.

    Nəzərinizə çatdıraq ki, mövzu ətrafında UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri prof. Şəfa Əliyev, Atatürk Universitetinin İqtisadi siyasət bölməsinin rəhbəri Prof. Dr. Kerem Karabulut, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı i.f.d. dosent Mayis Əzizov və Bakı Mühəndislik Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasının dosenti, i.f.d Həzi Eynalov təqdimatla çıxış ediblər.

    Qeyd edək ki, elmi seminarda həmçinin azadmedia.az-ın redaktoru, ASİAD iş adamları federasiyasının Azərbaycan üzrə sədri, politoloq Ülkər Piriyeva da iştirak edib.
















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR