"Beneluks Azərbaycanlıları Konqresi" və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının birgə təşkilatçılığı ilə müqəddəs Qurban bayramı münasibətilə Qurban sovqatı verib.
"Dayaq" təşkilatının sədri Qalib Əliyev Qurban Bayramı münasibətilə ilə təşkil etdikləri xeyriyyə tədbirində çıxış edərək bidirdi ki, Şəhid ailələri və Qazilərin, bu cür fədakar qəhrəmanlarımızın ailələrinin bizlərə əmanətləri olduğunu, məhz həmin oğullarımızın dövlətimizin başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında tarix yazdığını, haqq savaşında şücaət göstərərək düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı azad etməklə xalqımıza möhtəşəm Qələbə bəxş etdilər.
Qalib Əliyev bundan sonra da Şəhid ailələri və Qazilərə, Müharibə iştirakçılarına diqqət və qayğının davam etdiriləcəyini xüsusi olaraq qeyd etdi.
Qeyd edək ki, xeyriyyə məqsədli tədbirdə ölkəmizin həssas qurupuna daxil olan 100-ə yaxın ailəyə bayram sovqat çatdırıldı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.