AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dayaq” tərəfindən Vətən Müharibəsi Əlilləri və Şəhid ailələri üçün İftar süfrəsi təşkil edilib.

  • + A
  • - A
  • 15-04-2022, 19:14

    “Dayaq” tərəfindən Vətən Müharibəsi Əlilləri və Şəhid ailələri üçün İftar süfrəsi təşkil edilib.

    “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatın təşkilatçılığı “Benilüks Azərbaycanlıları Konqresi”, “Yüksəliş Gənclər Hərəkatı”, “Boccia İdman Federasiyası” nın tərəfdaşlığı ilə Ramazan ayı münasibətilə Şəhid ailələri və Vətən Müharibəsi Əlilləri üçün iftar süfrəsi təşkil edilib.

    İftar süfrəsində Dayaq Təşkilatının sədri Qalib Əliyev 44 günlük Vətən müharibəsi dövrünə qüdrətli Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli, şücaətli Azərbaycan ordusunun Erməni vandalları tərəfindən işğal edilmiş Qarabağ torpaqlarımızın düşməndən azad edilməsində göstərdikləri tarixi qələbə Zəfərindən danışdı. Qalib Əliyev qeyd etdi ki, 44 günlük haqq savaşında qəhrəmancasına vuruşaraq Şəhidlik şəhadətinə qovuşmuş Şəhidlərə və onların ailələrinə, Qazilərə, müharibə iştirakçılarına diqqət və qayığ ilə yanaşmaq, mənəvi dəstək olmaq peşəsindən, vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının insanlıq, soydaşlıq borcu olmalıdır.
    Sədr Qalib Əliyev xüsusilə vurğuladı ki, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatı tərəfindən Şəhid ailələrinə və Qazilərə dəstək istiqamətli sosial layihələrin icrası davamlı olacaqdır.

    İftar süfrəsində, Şəhid ailələri, Vətən müharibəsi əlilləri, Veteranları, ictimaiət nümayəndələri iştirak ediblər











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR