AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda rayon rəhbəri Qızılavar, Lürən, Musaküçə və Öncəqala ərazilərinin sakinləri ilə görüşüb - FOTO

  • + A
  • - A
  • 8-08-2022, 18:03

    Masallıda rayon rəhbəri Qızılavar, Lürən, Musaküçə  və Öncəqala ərazilərinin sakinləri ilə görüşüb  - FOTO

    Masallıda rayon rəhbəri Qızılavar, Lürən, Musaküçə və Öncəqala ərazilərində olub.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Qızılavar, Lürən, Musaküçə və Öncəqala ərazilərinin sakinləri ilə görüşüb.

    Görüşlərdə rayon rəhbəri ilə yanaşı rayon icra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri, Qəşəm Hadıyev, Afəddin Kərimov, şöbə müdiri əvəzi Əlimərdan Abdullayev, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak ediblər.

    Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazilərdə olan Birinci və İkinci Qarabağ şəhidlərinin məzarlarını, abidə komplekslərini ziyarət edib, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxuyublar.

    Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

    İcra başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırıb.

    Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.

    Qızılavar, Lürən, Musaküçə və Öncəqala kəndləri ərazilərinin vətəndaşları ilə görüş zamanı sakinlərdən Xanımnisə Mirzəyeva, Hacı Balakərim Mövsümov, Cahan Şükürova, Gülpaşa Kərimov. Məmmədağa Eynullayev, Rəfail Babayev, Qoşqar Məmmədov, Şəbnəm Şükürova, Urşan Məmmədov, Rafiq Məmmədov, Rəvan Abbasov və başqaları yaşadıqları ərazilərin problemlərini rayon rəhbərinə çatdırıb, köməklik göstərilməsini xahiş ediblər.

    Bütün təklif və xahişlər həlli üçün qeydiyyata götürülüb.

    Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləyiblər.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov da öz növbəsində cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşləri yekunlaşdırmış və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirib.











    Ülkər Piriyeva



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR