AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon İcra Hakimiyyətinin başçısı rayonun idmançıları ilə görüşüb - FOTO

  • + A
  • - A
  • 12-08-2022, 23:18

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı rayonun idmançıları ilə görüşüb - FOTO


    Masallıda rayon rəhbəri idmançılarla görüşüb.

    Azadmedia.az - 12 avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov müxtəlif Beynəlxalq yarışlarda qələbə qazanan idmançılar Məmmədova Ruzanna Səxavət qızı, Rəşidli Rəşid Rəssam oğlu, Mirzəyev Bəhruz Şakir oğlu, Əliyev Zəfər Cəlal oğlu və Əmrahov Əmrah İltizam oğlu ilə görüşüb.

    Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşdə RİHB-nın məsul şəxsləri, Gənclər və İdman İdarəsinin əməkdaşları, idman ustaları, gənclər, qalib adını alan gənc idmançılar, valideynlər, KİV nümayəndələri iştirak ediblər.

    İcra başçısı gənc idmançıları qazandıqları qələbələr münasibəti ilə təbrik edib. İcra başçısı həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan söz açaraq bu sahədə rayonumuzda da diqqətəlayiq işlər görüldüyünü qeyd edib.

    Rayon rəhbəri bildirib ki, Masallıda bütün sahələr, təhsil, səhiyyə, mədəniyyət, o cümlədən də idman sahəsi gündən-günə inkişaf edir. Bu gün Masallı gəncləri idman sahəsində qazandığı uğurlarla, idmançılarının qələbələri ilə dünyaya səs salır.

    Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və idmançılar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya, eləcə də rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.






    Ülkər Piriyeva



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR