ADU-nun III kurs tələbəsi, gənc könüllü:Vahabzadə Səma Bəxtiyar qızı Ölkənin ən böyük gənclər festivalı
Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi, psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılmasını və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşırdı. Öz növbəsində, Azərbaycan gəncliyi də Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirir.
Bugün də Azərbaycanda gənclər siyasətu uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bugün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhv dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərin inkişaf və gələcək karyeralarına dəstək olan bir çox layihələr var. Onların biri olan, Şamaxı şəhərində təşkil olunmuş “Yay Fest” gənclər festivalının “Könüllülük” düşərgəsinin iştirakçısı oldum.
“Könüllük” düşərgəsinin iştirakçıları olaraq, ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdib, abidənin önünə çiçəklər qoyaraq Ulu öndərə olan hörmət və ehtiramımızı bildirdik. Günün ikinci yarısı “Könüllülük” düşərgəsi çərçivəsində Vətən müharibəsi iştirakçıları olan Azərbaycan Könüllüləri ilə görüş baş tutdu. Müharibə iştirakçıları döyüş xatirələrindən danışaraq, könüllülərin suallarını cavablandırdı. Günü isə əyləncə proqramı çərçivəsində müxtəlif musiqi proqramları ilə əylənərək tamamladıq.
Düşərgənin ikinci gününə meditasiya və stress menecement üzrə ixtisaslaşmış təlimçi Kənan Məmmədovun yoqa təlimi ilə başladıq. Daha sonra, düşərgənin rəsmi açılış mərasimi həyata keçirildi. Açılış proqramında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini Fərid Salaxlı, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nazir müşaviri Rüstəm Həsənov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin kadr məsələləri sektorunun müdiri Elnur Atayev, Azərbaycan Respublikası Dövlət Miqrasiya xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev İştirak edib.
Günün ikinci yarısı baş tutan açılış mərasimində iştirak edən nümayəndələr könüllülərin suallarını cavablandırdılar. Daha sonra istedadlı könüllülərimizin iştirakı ilə muğam musiqisi ifa olundu. Günə digər təlimlərimizlə davam etdik. Elvin Dadaşsoyun “İdeyadan biznesə” təlimində iştirak etdim. Təlimdə biznes qurmaq üçün bizdə olması lazım olan xüsusiyyətlər və atmalı olduğumuz addımlar barədə ətraflı məlumatlar əldə etdik və daha sonra iştirakçıların sualları Elvin bəy tərəfindən cavablandırıldı. Daha sonra “Könüllülük fəaliyyəti və könüllülükdən karyeraya gedən yol” mövzusunda panel görüş baş tutdu. Görüş çərçivəsində müxtəlif könüllü təşkilatların nümayəndələri təmsil etdikləri təşkilat barədə ətraflı məlumat verərək, bizim suallarımızı cavablandırdılar. Daha sonra könüllülərin iştirakı ilə “Dəmir yumruq“ tamaşasını izləyərkən duyğusal anlar yaşadım və bir daha qalib dövlətin vətəndaşı olduğum üçün fəxr hissi keçirdim. Axşam isə “Qarabağ” Futbol Klubunun matçını böyük coşqu və həyəcanla izlədik. Üstəlik görüşün qalibiyyətlə bitməsi xatirəmdə ömürlük qalacaq. Adına layiq qalibiyyəti bizə yaşatdıqları üçün komandanın hər bir üzvünə təşəkkür edirəm!
Üçüncü günümüzə yenə də yoqa ilə başladıq və düzgün nəfəs texnikaları ilə Kənan Məmmədovun təqdimatında tanış olduq. Günə öyrədici və əyləncəli təlimlərimizlə davam etdik. Tural Hümbətovun Təqdimatında “Müsahibə-bilmədiklərimiz!” mövzusunda olan təlimin gələcək həyatımızda və karyeramızda önəmli rol oynayacağına əminəm. Həmçinin düşərgənin üçüncü günü Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov, Davam Gənclər Hərakatının sədri Nihad Allahyarlı və ATGT-nin baş katibi Orduxan Qəhrəmanzadənin iştirakı ilə “Azərbaycanın gənclər siyasəti və gənclərin qarşısında duran çağırışlar” mövzusunda panel görüş keçirildi və bizləri maraqlandıran suallar cavablandırıldı. Daha sonra öyrədici təlimlərimizdən biri Lətifə xanımın təqdimatında “Azərbaycanda ailə modeli: dəyərlər və ənənələr” mövzusunda çox maraqlı və düşündürücü bir təlimin iştirakçısı oldum. Ən yadda qalan görüşlərdən biri olan “Müasir vloq-internetdə necə tanınmaq olar?” mövzusunda görüşümüz tanınmış aktyor Taleh Yüzbəyovla oldu. O öz kariyerası və keçdiyi yolu müzakirə və sual-cavab formatında bzilərlə bölüşdü. Gecəyə əyləncəli və musiqili qonağımız isə müğənni Eldar Qasımov oldu.
Düşərgənin dördüncü gününə səhər idmanı ilə başladıq. Daha sonra öyrədici təlimlər çərçivəsində Raqif Allahverdinin “Narkomaniyay qarşı birlikdə” təlimi baş tudu. Təlim zamanı narkotikin ziyanı, narkomaniyaya qarşı atılan addımlar müzakirə olundu və bizləri maraqlandıran suallar cavablandırıldı. Növbəti təlimimiz İDEA İctimai Birliyinin əməkdaşları olan Səbinə Qasımova və Lalə Qaradağlının təqdimatında “Ətraf mühitin qorunması” mövzusunda oldu. Günün sonrakı təlimi “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundovun təqdimatında “Özəl sektorlarda könüllülük fəaliyyətinin dəstəklənməsi” mövzusunda oldu. Könüllülər üçün yaradılmış fürsətlər barədə ətraflı məlumatlar verildi. Axşam isə komandaların öz bacarıqlarını nümayiş etdirdiyi “İstedadSƏN” yarışması keçirildi. Mənim üzvü olduğum “İ” komandası yarışmada birinci yerə layiq görüldü. Çox sevincli və unudulmaz anlar yaşamış olduq. Günün sonu isə maraqlı musiqi proqramı ilə tamamlandı.
Beşinci günümüzün görüşü Azərbaycan Respublikasının birinci Baş naziri, tarix elmləri doktoru Həsən Həsənovun “Azərbaycan tarixi, dövlətçilik ənənələri” mövzusunda olan maraqlı bir görüşü oldu. Həsən Həsənov ölkəmizin zəngin tarixi barədə bizi məlumatlandırdı. Görüşün sonunda Həsən Həsənov özünün “Bakı Qız qalası” kitabını imzalayaraq iştirakçılara təqdim etdi. Daha sonrakı qonaqlarımız tanınmış jurnalistlər Rəsul Həsənli, Jalə Həsənli və Toğrul Allahverdilinin təqdimatında “Azərbaycanda medianın inkişafı” adı altında görüş oldu. Görüş çərçivəsində bizlərin fikirləri və təklifləri dinlənildi. Maarifləndirici təlimlər çərçivəsində DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenant Mübariz Ağayevin təqdimatında “Yol təhlükəsizliyi” mövzusunda təlim oldu. Daha sonra düşərgəmizi musiqili hissə ilə yekunlaşdırdıq.
Bizlərə bu şəraiti yaradan Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinə dərin təşəkkürümü bildirirəm.
Ülkər Piriyeva