Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün nəzərdə satışa çıxarılmış biletlər tükənmək üzrədir.
Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Bildirilib ki, qarşılaşma üçün cəmi 224 bilet qalıb.
Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.