AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

27-28 avqust tarixlərində “RM”İdman Klubu“ və Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının”, birgə təşkilatçılığı ilə "Dəmir Yumruq" devizi altında Qarabağ zəfərinə həsr olunmuş açıq turnir - idman festivalı baş tutub.

  • + A
  • - A
  • 29-08-2022, 21:30

    27-28 avqust tarixlərində “RM”İdman Klubu“ və Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının”, birgə təşkilatçılığı ilə "Dəmir Yumruq" devizi  altında Qarabağ zəfərinə həsr olunmuş açıq turnir - idman festivalı baş tutub.


    Festivalda Braziliya Ciu-citsusu, kikboksinq və MMA idman növləri üzrə yarışlar keçirilib.
    Yarışlara müxtəlif çəki dərəcələri və yaş kateqoriyalarından 700-ə yaxın idmançı qatılıb.
    Yarışa başlamadan öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və himnimiz səsləndirilib.
    Açılış sözü ilə çıxış edən Braziliya Ciu-Citsu Federasiyasının Prezidenti Aqil Acalov Laçının azad olunması münasibəti ilə xalqımızı təbrik edib. O, sevinc hissi ilə "Dəmir yumruq" simvolu olan Ordumuzun artıq Laçında olduğunu bildirərək, bu qalibiyyəti şəhidlərimizə, qazilərimizə, Milli Ordumuza və müzəffər Ali Baş Komandanımıza borclu olduğumuzu vurğulayıb. A.Acalov qeyd edib ki, bu festival həm də idman ictimaiyyətinin, qurumlararası həmrəyliyin bariz göstəricisidir. Ona görə də bu gün belə ruh yüksəkliyi ilə, məmnuniyyətlə birlikdə yarış keçiririk.

    Daha sonra söz "RM" İdman Klubunun icraçı direktoru Tural Cavadova verilib. T.Cavadov iştirakçıları və bütün azərbaycanlıları tarixi torpağımız olan Laçının işğalçılardan azad edilməsi münasibətilə təbrik edib. O, Qarabağ zəfərinə həsr olunmuş yarışın devizinə uyğun olaraq Vətən uğrunda canlarından keçmiş oğulların xatirəsini yaşatmaq məqsədinin vacibliyini qeyd edib. "Dəmir yumruq" devizi altında keçirilən idman turnirində iştirak etməyin böyük bir uğur olduğunu vurğulayan icraçı direktor bütün iştirakçılara müvəffəqiyyət arzulayıb.

    Turnirin açılışında iştirakçıları təbrik etmək üçün öz musiqi nömrələri ilə çıxış edən müğənnilər və rəqs qrupları tədbirə yüksək əhval-ruhiyyə qatıblar.

    Qeyd edək ki, yarışlar iki gün davam edib. 27 avqust tarixində həvəsakar idmançılar öz güclərini sınayıb, növbəti gün isə peşəkar idmançılar arasında döyüşlər davam edib. Qaliblər medal, diplom və digər mükafatlarla təltif olunublar.























    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR