AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ali təhsil müəssisələrində ən mühüm hadisə, ən ibrətamiz mövzu, tələbə üçün ən canlı nümunə rektorun özüdür.

  • + A
  • - A
  • 7-09-2022, 09:10

    Ali təhsil müəssisələrində ən mühüm hadisə, ən ibrətamiz mövzu, tələbə üçün ən canlı nümunə rektorun özüdür.


    Uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən,elmi və ictimai mühitdə qazandığı böyük hörmətlə tanınan, ömrünün şanlı səhifəsini elmə,təhsilə,xeyirxah əməllərə həsr edən, müəllim professor tələbə heyəti ilə yanaşı eyni zamanda hər kəsin etimad və etibarını qazanmağı bacaran, yüksəkixtisaslı kadrların hazırlanmasında böyük əməyi olan, yenilikçi, daima tələbələrin yanında olub onların problemləri ilə yaxından maraqlanan,böyük şəxsiyyət, əvəzolunmaz rəhbər, professor Hörmətli Cənab İbrahim Müəllim Cəfərov.
    Deyirlər ki, "Heç kim ideal deyil".Ancaq mənim üçün Hörmətli İbrahim Müəllim nəyin ki, ideal bir rəhbər hətta ideal bir şəxsiyyətdir.
    Bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən,rəhbərlik etdiyi gündən bəri nəyinki mənim hətta çoxminlik tələbələrin,müəllim professor heyətinin dostu,hər bir yüksəkliyə öz bacarığı, zəhməti sayəsində nail olan,elmi işləri tədrislə sıx əlaqələndirməyi bacaran dahi şəxsiyyət Hörmətli İbrahim Müəllim 30 ildən çox olan pedaqoji fəaliyyətinə Fitopatogen göbələklər kənd təsərrüfatı bitkilərinin xəstəlik törədiciləridir”, “Buğda bitkisinin xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri”, “Tağlı bitkilərin xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri”, “Açıq və örtülü qruntda becərilən pomidor və bibər bitkilərinin xəstəlikləri, onlarla mübarizə”, “Üzüm və çiyələk bitkisinin xəstəlikləri, onlara qarşı mübarizənin prinsipləri”, “Bitki xəstəliklərinin müqayisəli təhlili”, “Sitrus və subtropik bitkilərin əsas xəstəlikləri, onlarla mübarizə”, “Dənli-paxlalı bitkilərin xəstəlikləri, onlarla mübarizə”, “Pambıq və günəbaxan bitkilərinin əsas xəstəlikləri, onlarla mübarizə”, “Şəkər çuğunduru və kələm bitkilərinin xəstəlikləri, onlarla mübarizə”, “Fındıq və digər qərzəkli meyvə bitkilərinin əsas xəstəlikləri, onlarla mübarizə” və s. pedaqoji ustalıqla tədris etdiyi fənlər daxildir.
    Hörmətli İbrahim Müəllim başda olmaqla Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim professor heyətinin əsas məqsədi şəffaf və dünyəvi tədris prosesinə nail olmaq,bazarın təlabatına uyğun müasir düşüncə tərzinə malik,xarici dillərdən birini mükəmməl bilən, kompüter bilikləri olan Azərbaycan vətəndaşı və aqrar mütəxəssis yetişdirməkdir.Məhz bu səbəbdən onun rəhbərliyi ilə dünyanın müxtəlif universitetləri ilə Azərbaycan Dövlət Aqrar Universiteti dünyanın müxtəlif universitetləri ilə əməkdaşlıq əlaqələri yaradır,hər il yüzlərlə tələbələrimiz Erasmus proqramı çərçivəsində Avropanın və Türkiyənin ali təhsil müəssisələrində təhsil alır,müxtəlif proqramlar çərçivəsində alimlər, müəllimlər universitetimizə gəlir.
    İbrahim Müəllimin rəhbər olduğu müddətində Azərbaycan Dövlət Aqrar Universitetində bir çox ilklərə addım atmışdır. Aqrar sahənin inkişafında marağı olan bütün tərəflər, ictimaiyyət üçün "Açıq qapı"ideyasını həyata keçirib.Daha sonra universitetimizin hər fakültəsində "Rektora Məktub" qutularını yerləşdirir.Məktub qutularının yerləşməsində əsas məqsəd tələbləri ilə mütəmadi olaraq görüşmək,onların rəy və təkliflərini dinləmək,hər il tədrisin,maddi-texniki təchizatının, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətini qiymətləndirmək və daha səmərəli qərarların qəbul olunmasında mühüm rol oynamaqdır.Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetində "Valideyn Şurasının" yaradılması da Hörmətli İbrahim müəllim ilə bağlıdır.Rektorun tapşırığına əsasən yaradılan şuranın əsas məqsədi valideyn-universitet münasibətinin yaranması və birgə fəaliyyət olaraq cəmiyyət üçün gərəkli gəncliyin yetişdirilməsini təmin etmək,günün tələbatına uyğun kadr hazırlamaq, tələbələrin valideynləri ilə səmimi və faydalı münasibətlər qurmaq və valideynlərin mövcudluğunu daimi görməkdir.
    Azərbaycan Dövlət Aqrar Universitetində İbrahim Müəllimin tapşırığı ilə İctimai Nəzarət, Valideyn və İmtahanlara tələbə nəzarət şuraları yaradılmışdır.Təşkil olunan şüaların əsas məqsədi universitetdə imtahanların şəffaf,obyektiv,ədalətli keçirilməsinə zəmin yaratmaq, imtahanqabağı bütün fakültələrdə tələbələrlə görüş keçirmək, onların imtahan qayğılar,bu məsələlər ilə bağlı qaldırdıqları problemlərin dərhal həllini tapmaqdır.
    Hər təlim tədris ilinin sonu İbrahim Müəllimin təşəbbüsü ilə Azərbaycan Dövlət Aqrar Universitetində Tələbə Gənclər Təşkilatın ilin yekunu ilə bağlı hesabat keçirir.Hesabatı keçirməkdə əsas məqsəd gənclərin sosial-ictimai aktivliyinin yüksəldilməsi,onların sosial sferada ixtisaslaşması həmçinin gənclərin ictimai fəaliyyətə cəlb olunması,onların fərdi inkişafının yüksəldilməsi və digər xüsusiyyətləri əhatə edir.
    Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan hər bir tələbə fəxr edir,qüruru duyur.İbrahim müəllim sözün əsl mənasında tələbləri üçün yaşayan,çalışan ,daim onların yanında olan nümunəvi rektordur.O nəyin ki Azərbaycan Dövlət Aqrar Universitetinin hətta digər universitetin tələbələri tərəfindən belə sevilir.Bununla yanaşı sosial məsələlərin həlli müəllim tələbə münasibətinin səmimiliyi, şəffaflıq, həyata keçirilən islahatlar bu gün tələbənin təhsil və tədqiqat imkanlarını çox genişləndirir.Dövlətin dəstəyi ilə həyata keçirilən böyük lahiyələr daxilində aqrar kadr hazırlığı ən sanballı töhfədir
    Azərbaycan Dövlət Aqrar Universiteti hər keçən gün daha da inkişaf edir.
    Universitetimiz Əsas Binası, Aqrar İqtisadiyyat, Aqrotexnologiya, Mühəndislik, Aqronomluq, Baytarlıq təbabəti və Zoomühəndislik fakultələrindən ibarətdir. Həmin tədris korpuslarında kənd təsərrüfatının bütün sahələrinə aid müasir laboratoriya, tədqiqat mərkəzləri qurulub, auditoriya və tədris otaqları yaradılıb, laboratoriyalar müasir avadanlıq və cihazlarla təchiz edilib. Tələbələrin nəzəri bilikləri ilə yanaşı, praktik bacarıqlarının da artırılması üçün universitetdə müasir heyvandarlıq və istixana kompleksi, atçılıq, quşçuluq, arıçılıq mərkəzləri, bildirçin və balıqyetişdirmə təsərrüfatları, bitki və heyvan klinikaları yaradılıb. Universitetin müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları – traktor, kombayn və digər qoşqu vasitələri ilə təchiz edilmiş müasir maşın parkı tələbələrin istifadəsinə verilib. Azərbaycan Dövlət Aqrar Universitetində hər biri 500 nəfərlik yataq yeri olan iki yataqxana korpusu fəaliyyət göstərir. Bunlarla yanaşı, universitetin müasir laboratoriya və tədris otaqları, müxtəlif ölkələrin aqrar ixtisaslı universitetlərinin kitabxanalarına çıxışı olan elektron kitabxanası var. Müasir kənd təsərrüfatı texnikası və avadanlıqları ilə təchiz olunması tədris prosesinin yüksək keyfiyyətini təmin edir. Universitetin beynəlxalq əlaqələrinin inkişafı nəticəsində tələbələr dünyanın bir sıra aqrar universitetlərində təhsillərini və tədqiqatlarını davam etdirə bilirlər.
    Aqrar sektorun ali təhsilli kadrlara olan ehtiyacını təmin etmək üçün bu universitetə göstərilən hərtərəfli dövlət dəstəyi Azərbaycan Dövlət Aqrar Universitetini hazırda nəinki respublikamızın, eləcə də Qafqaz regionunun, MDB və Şərqi Avropa ölkələrinin bu profil üzrə fəaliyyət göstərən ən mükəmməl elm-təhsil komplekslərindən birinə çevirib.
    İbrahim Müəllimin gərgin və səmərəli əməyi dövlət və xalq tərəfindən layiqincə qiymətləndirilir. Bu müddət ərzində görkəmli rəhbər İbrahim Müəllim “Kənd təsərrüfatı işçilərinin təltif edilməsi” haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Azərbaycan Respublikasının yubiley medalı və “Bakı Dövlət Universitetinin 100 illiyi Azərbaycan Respublikasının yubiley medalı,təhsil müəssisəsində yeni təhsil sisteminin yaradılmasında xidmətlərinə görə "Qızıl Buta" mükafatı, Qafqazın ən böyük təhsil Facebook səhifəsi olan "Azərbaycan Universitetləri" səhifəsi tərəfindən keçirilən "ilin ən yaxşı rektoru" sosial tələbə sorğusunun yüksək faizlə səs toplayaraq 5 dəfə ən yaxşı rektoru ,2016-cı ildə Qazaxıstan Milli Aqrar Universitetinin fəxri professoru, 2018-ci ildə Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb.
    Aqrar sahə bir başa cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin nəzarətindədir və onun inkişafı, günü gündən çiçəklənməsi buna bariz nümunədir. Bizim təşəkkürümüz ölkə başcımıza sonsuzdur, Prezidentimiz var olsun ki, cənab Nazir İnam Kərimov kimi və Sizin kimi gözəl insanları bizə Rəhbər təyin edib.
    Hörmətli professor Cənab İbrahim müəllim Cəfərov aqrar elmin və aqrar təhsilin inkişafına yönəlmiş ali fəaliyyətininizdə sizə uğurlar diləyir,həyata keçirdiyiniz çətin və şərəfli quruculuq işlərinizdə uğurlar arzulayıram.
    Hər zaman sizin yanınızda olduğumuzu bildirmək istəyirəm.
    Allah sizi qorusun Hörmətli İbrahim Cəfərov !!!

    Hörmətlə,Sizin Tələbəniz



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR