AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2 güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

  • + A
  • - A
  • 10-09-2022, 19:40

    2 güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi


    Bu gün Serbiyanın paytaxtı güləş üzrə dünya çempionatı start götürüb.

    İlk yarış günündə yunan-Roma güləşi üzrə millinin 3 üzvü mübarizəyə qoşulub.

    Eldəniz Əzizli (55 kq) 1/8 finalda italiyalı Covanni Freniyə ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. Dünya və Avropa çempionu 1/4 finalda yaponiyalı Şiotani Yuya da aman verməyib - 10:0. Eldəniz yarımfinalda amerikalı Maks Nouri ilə üz-üzə gələcək.

    İkinci mərhələdən mübarizəyə qoşulan Ülvü Qənizadə (72 kq) qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2 hesabıyla üstələyib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu vaxtından əvvəl məğlub edib - 10:0. Ülvü yarımfinalda türkiyəli Selçuk Canla qarşılaşacaq.

    Sənan Süleymanov (77 kq) isə ilk mərhələdə almaniyalı İdris İbayevlə qarşılaşıb. Keçən il 23 yaşadək güləşçilər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Süleymanov rəqibinə minimal fərqlə (7:8) məğlub olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR