Türkiyənin “Haber Global” kanalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərilə bağlı verdiyi şərhə diqqət çəkib.
Bununla bağlı telekanalın efirində yayımlananın videomaterialda Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə danışdıqdan sonra məsələ ilə bağlı addımlar atılacağını bildirdiyi vurğulanıb.
Həmçinin, Türkiyə Prezidentinin açıqlamalarına əsasən, qeyd olunub ki, dövlət başçısının Praqada keçirilən Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü baş tuta bilər.