Tanınmış qiraətçi, şair-ssenarist Nicat Əjdər (Mənalı) Milli Qəhrəman Mübariz İbrahimovun həyatına həsr edilmiş "Mübariz" adlı tam metrajlı bədii filminin çəkilişlərini bitirib, hazırda "Dostum Qardaşım" filminin çəkilişləri ilə bağlı ortağı Zamin Möhsünovla birlikdə İstanbulda bütün türk dünyasının dostluğundan, qardaşlığından və çətin günlərində bir-birlərinə necə dayaq, dəstək olmasından danışılan filmin çəkilişlərinə start verib.
Filmin mətbuat katibi, tanınmış aparıcı Fidan Oruc Əliyeva Azadmedia.az-a bildirib ki, çəkilişlər "İşıklar Film studiyosu" adlanan məkanda cərəyan edir.
Məlumat üçün bildirək ki, "Dostum Qardaşım" 90 dəqiqəlik tammetrajlı filmdir. Fİlmin çəkilişləri Türkiyə, Özbəkistan, Azərbaycan da olmaqla 6 dan çox türk dövlətində təqdimatı olacaq.