Ağstafada avtomobillə 16 yaşlı oğlanı vurub öldürən şəxs hərbi hissə komandiri imiş.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 18 radələrində Ağstafa-Sadıxlı yolunun 8-ci kilometrliyində - Poylu kəndində B.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurduğu 2006-ci il təvəllüdlü Nəsib Rauf oğlu Orucov tibbi müdaxiləyə baxmayaraq dünyasını dəyişib.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayət işi açılıb.
Qəzanı törədən B.Məmmədovun N saylı hərbi hissənin komandiri olması məlum olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.