AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan sülh sazişinin yeni variantını Ermənistana VERDİ

  • + A
  • - A
  • 12-10-2022, 17:53

    Azərbaycan sülh sazişinin yeni variantını Ermənistana VERDİ


    Azərbaycan sülh sazişinin genişləndirilmiş elementlərini Ermənistana verib. Erməni tərəfi indi həmin elementlərə baxır.

    Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə deyib.

    Bayramov bildirib ki, genişləndirilmiş elementlər əvvəllər təqdim olunan 5 əsas prinsipi tamamlayır və bu, sülh sazişinin və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasının əsasını təşkil etməlidir: "Azərbaycan Ermənistanla danışıqların gedişində, xüsusən də sülh sazişinin imzalanmasında, rabitə kanallarının açılmasında və Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasında maraqlıdır. Görüşlərdə bu məsələlər daim qaldırılır və Azərbaycan öz mövqeyini ortaya qoyur".

    Bayramov əlavə edib ki, oktyabrda Brüsseldə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın üçüncü iclasının keçirilməsi planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR