Oktyabrın 17-də Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında sərhəd problemlərinin həlli üçün mülki missiyanın göndərilməsinə razılıq vermək niyyətindədirlər.
Bunu Lüksemburqda xarici işlər nazirlərinin görüşündən əvvəl Aİ-nin yüksək səviyyəli nümayəndələrindən biri deyib.
Sputnik Ermənistan saytının oktyabrın 6-da verdiyi məlumata görə, Ermənistan, Azərbaycan, Fransa liderləri ilə Avropa Şurasının rəhbəri arasında keçirilən görüşdə mülki nümayəndəliyin yaradılması barədə razılıq əldə olunub.
“Nazirlərin bazar ertəsi bu missiyanı təsdiqləyəcəyi gözlənilirdi”, - Aİ-nin yüksək səviyyəli rəsmisi deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.