AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şair, müğənni tanıtımını bir az arxada saxlamaq lazım - Millət vəkilindən Vaqifə əzəmətli abidə qoyulmasına reaksiya

  • + A
  • - A
  • 16-10-2022, 13:07

    Şair, müğənni tanıtımını bir az arxada saxlamaq lazım - Millət vəkilindən Vaqifə əzəmətli abidə qoyulmasına reaksiya

    Azadmedia.az xəbər verir ki, millət vəkili Fazil Mustafanın Molla Pənah Vaqifə əzəmətli abidə qoyulmasına münasibəti birmənalı olmayıb. O, fikirlərini şəxsi facebook səhifəsində yazıb. Deputatın fikirlərini olduğu kimi təqdim edirik:
    "Məlumat yaylıb ki, Şuşada Vaqifin əzəmətli abidəsi qoyulur. Vaqif dilimizin şirinliyini yaşadan şairdir, gözəl ədəbi irs qoyub. Onun xatirəsinə böyük bir məqbərə də ucaldılıb və işğaldan sonra əla təmir olunub. Vaqif poeziya günlərinin bərpası da müsbət bir addımdır. Ancaq fikrimcə, Şuşada dahi Üzeyir bəy istisna olmaqla artıq bu müğənni, şair tanıtımını bir az arxada saxlamaq lazım. Daha çox dövlət xadimi, mütəfəkkur, hərb qəhrəmanlarının adını qabartmaq lazım. Qoy Şuşa olsun Pənahəli xan, İbrahim xan, Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov kimi şəxsiyyətlərin adı ilə bağlı məkan. Şuşada vaxtilə ermənilərdən millətimizin qisasını almış "Difai" təşkilatının qurucusu, əslən şuşalı, dədə-baba evi Şuşada dağıdılmış, Azərbaycanın gəlmiş-keçmiş ən böyük mütəfəkkiri, Osmanlı, Azərbaycan və Türkiyə Cumhuriyyətləri parlamentlərinin millət vəkili olmuş Əhməd bəy Ağaoğlunun Xankəndinə tərəf boylanan əzəmətli heykəli qoyulmalıydı. Erməniyə mehribancasına şeir söyləmək, mahnı oxumaq deyil, həlledici zərbə vurmaq üçün yenidən bir "Difai' hərəkatına zərurət var. O cümlədən Yusif Vəzir Çəmənzəminli kimi böyük yazar, dövlət xadiminin adını qabartmaq daha doğru olardı. Yəni Şuşa Qarabağda bizim siyasi və hərbi hakimiyyətin mərkəzi olduğuna görə məhz bu atributların qabardılması vacibdir. Sonra dünya düzələr, ermənilər ram olar, o halda yavaş -yavaş Vaqifin şux gözəli istədiyi qədər Natəvanın qəzəlini zümzümə edər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR