AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət naziri Əlcəzairin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO

  • + A
  • - A
  • 21-10-2022, 19:47

    Mədəniyyət naziri Əlcəzairin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO

    Azadmedia.az - 19 oktyabr 2022-ci il tarixində nazir Anar Kərimov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizəki fövqəladə və səlahiyyətli səfiri Abdeluahab Osmanla görüşüb.

    Görüşdə iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub.

    Nazir Anar Kərimov əməkdaşlığın genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Noyabr ayında Bakıda keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Forumunun əhəmiyyəti haqqında səfirə məlumat verən nazir Əlcəzair nümayəndə heyətini bu tədbirdə iştiraka dəvət edib.

    Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi”, 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Mədəniyyət naminə sülh” (Peace4Culture) beynəlxalq çağırışı çərçivəsində də qarşılıqlı uğurlu əməkdaşlığı bir daha vurğulayıb. A. Kərimov bildirib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhə töhfə verməkdən ibarətdir.

    Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Abdeluahab Osman birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

    Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR