AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Dünya neft qiymətlərinin düşməsini istəyirsə.." Çavuşoğlu

  • + A
  • - A
  • 21-10-2022, 22:31

    "Dünya neft qiymətlərinin düşməsini istəyirsə.." Çavuşoğlu


    "Dünya neft qiymətlərinin düşməsini istəyirsə, ABŞ İran və Venesuela neft və qazına tətbiq etdiyi sanksiyaları ləğv edilməlidir".

    Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bilidrib.

    Onun sözlərinə görə, dünya neftin qiymətinin aşağı düşməsini istəyirsə, sanksiyalar ləğv edilməlidir, problemi “bir ölkəni (Səudiyyə Ərəbistanı) hədələməklə” həll etmək olmaz.

    “Bütün dünyanın Venesuela neftinə və təbii qazına ehtiyacı var. İran neftinə də embarqo var... Əgər neftin qiymətinin düşməsini istəyirsinizsə, sanksiyaları qaldırın”, - deyə o, çağırıb.

    OPEC+ kartelinə sədrlik edən Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını təxminən 2 milyon barel azaltmağa səs verib. Qərar Ər-Riyadı “Rusiyanı dəstəkləməkdə” günahlandıran və “nəticələri” vəd edən Vaşinqtonu qəzəbləndirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR