İran şənbə günü bildirib ki, ABŞ-ı ölkəni bürüyən etirazlarda "birbaşa iştirakda" ittiham edərək, ona qarşı hüquqi tədbirlər görəcək.
Tehran həmçinin etirazçıları "dövlət və özəl qurumları məhv etməyə çağırdığını iddia etdiyi BBC Farsi və Iran International kimi televiziya şəbəkələrinə ev sahibliyi etmək və onlara dəstək olmaqda oynadıqları rola görə Böyük Britaniya və Səudiyyə Ərəbistanının "İslam Respublikasının məhkəmə sistemi tərəfindən diqqətdən kənarda qalmayacaqları" barədə xəbərdarlıq edib.
Xatırladaq ki, İranda hökumət əleyhinə etirazlar sentyabrın 16-da əxlaq polisi tərəfindən Tehran küçələrindən çıxarıldıqdan və təvazökarlıq dərsləri üçün “yenidən təhsil mərkəzinə” aparıldıqdan sonra ölən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb.
Tətillər və etirazlar ölkənin müxtəlif şəhər və qəsəbələrində, eləcə də paytaxtda Ali Rəhbər Ayətullah Xameneiyə ünvanlanaraq “diktatora ölüm” şüarları adi bir mənzərəyə çevrilib.
İddialara görə ABŞ prezidenti Co Bayden nümayişçilərin arxasında dayananlara dəstək verib.
ABŞ həmçinin İranın əxlaq polisinə “iranlı qadınlara qarşı zorakılıq və zorakılıq və dinc iranlı etirazçıların hüquqlarının pozulmasına görə” sanksiyalar elan edib və iranlıların internetə çıxışını asanlaşdırmağa çalışır.
Azadmedia.az CNN-ə istinadən xəbər verir ki, bu, İranın ABŞ-ı hökumət əleyhinə nümayişlərə qarışmaqda ittiham etdiyi ilk hal deyil. 2018-ci ildə də İran oxşar iddialarla çıxış etmişdi.
Dövlət xəbər agentliyi İRNA şənbə günü bildirib ki, Ədliyyə Departamentinə “ABŞ-ın iğtişaşlara birbaşa müdaxiləsi nəticəsində dəymiş ziyanı və müdaxiləni araşdırmaq üçün məhkəməyə müraciət etmək tapşırılıb”.
İşə hansı məhkəmənin baxacağı açıqlanmayıb.
Tərcümə etdi:
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.