Prezident İlham Əliyevin 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri etmişdir.
Bildiyimiz kimi 2022-ci il 24 oktyabr tarixində Prezident İlham Əliyev Gürcüstana işgüzar səfər edib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən bu səfər hər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu il dönümünə təsadüf edir. Qeyd edim ki, İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildən qurulub. 2022-ci ildə isə bu münasibətlərin 30-cı ildönümü qeyd olunur. Bütün bu aktual məsələlərlə bağlı Cənab Prezident İlham Əliyevlə Baş nazirin görüşü olur. Bu Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəridir.
Gürcüstana İşgüzar səfəri ilə bağlı İlham Əliyev mətbuata bəyanat verib. Bu bəyanatda Gürcüstanın Azərbaycanla olan mehribn qonşuluq münasibətlərindən, illərlə davam edən əməkdaşlıqlarından bəhs edilir. İlk əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edərək Cənab Prezidentimizi salamlayır və Gürcüstana gəldiyi üçün İlham Əliyevə dərin minnətdarlığını bildirir. Daha sonra Gürcüstanla Azərbaycanın daima sülh şəraitində yaşamasını, bu prosesin bundan sonra da uzun illər davam edəcəyini qeyd edib.
Baş nazir öz çıxışını Ümumilli lider Heydər Əliyevin “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki,onlar qonşu xalqlardır” cümləsi ilə bitirmişdir.Daha sonra İlham Əliyev çıxış edərək Gürcüstana dəvət etdiyi üçün cənab nazirə öz təşəkkürünü bildirmiş və Gürcüstanın mənzərəli yerlərini bəyəndiyini öz sözləri ilə ifadə edərək, orada əsən küləkləri Bakı küləyinə bənzətməklə, Cənab prezident əslində burada olduğu müddətdə öz evi kimi hiss etdiyini bildirmək istəmişdir.
Prezident İlham Əliyev öz bəyanatında Gürcüstan və Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətlərinin çox möhkəm təməl üzərində qurulduğunu və gün keçdikçə daha da ayrılmaz bir bağa çevrildiyini qeyd etmişdir. Prezident İlham Əliyev bəyanatında həmçinin II Qarabağ müharibəsindən sonra Ermənilərlə bağlı yaranmış vəziyyətdən, Ermənistan tərəfinə təqdim etdiyimiz sülh müqaviləsindən və Ermənistanın da bu sülhə qarşılıq verəcəyinə ümid etdiyindən ürək açıqlığı ilə danışdır.
Prezidenteyni zamanda Gürcüstan və Azərbaycan arasındakı qarşılıqlı ticarət dövriyyəsindən,Azərbaycanın Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyduğundan və bütün bunların faydaları haqqında məlumat vermişdir. Eyni zamanda ölkəmizin dünya bazarlarında artan qaz ixracatını ,yaxın gələcəkdə Avropaya ixracatın 2 defe artacağını ,2027-ci ildə Avropaya qaz ixracatının 20milyard kubmetrə çatacağını bəyanatda açıqlamışdı.
Həmçinin Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcminin bu il daha da artmasından, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırmaq fikrində olduğundan,nəqliyyat yollarından, Gürcüstan Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmasından geniş şəkildə məlumat vermişdir.
İlham Əliyev həmçinin Gürcüstanla Azərbaycanın bundan sonra da bir çox birgə layihələrinin oıduğunu və tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin mövcud olmasını vurğuladı. Bəyanatının sonunda İlham Əliyev Baş nazirə bir daha öz təşəkkürlərini bildirərək bütün bu uğurların təməlində ölkələrimizin, xalqlarımızın, liderlərin dostluğu və birgə fəaliyyətinin dayandığını əminliklə qeyd etdi.
Masallı rayon Yolağac kənd tam orta məkəbin Tarix müəllimi - Ağayeva Leyla Azər qızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.