AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova: "Bu gün Qarabağ və Şərqi Zəngəzur öz həyatının yeni dövrünü – bərpa və quruculuq dövrünü yaşayır"

  • + A
  • - A
  • 5-11-2022, 12:32

    Sahibə Qafarova: "Bu gün Qarabağ və Şərqi Zəngəzur öz həyatının yeni dövrünü – bərpa və quruculuq dövrünü yaşayır"

    Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 5 noyabr 2022-ci il tarixli plenar iclasında Zəfər Günü münasibətilə çıxış edib. Azadmedia.az sözügedən çıxışı təqdim edir:
    Hörmətli həmkarlar!
    8 noyabr Zəfəri Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Silahlı Qüvvələrimizin döyüş əzminin və peşəkarlığının, “dəmir yumruğa” çevrilmiş milli birliyimizin nəticəsi olmuşdur. Azərbaycan BMT-nin və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin edərək, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirmişdir.
    Möhtərəm cənab Prezidentin dediyi bu sözlər, hesab edirəm ki, bütün xalqımızın ürəyindən xəbər verir: “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər”.
    Hörmətli həmkarlar!
    Bu gün Qarabağ və Şərqi Zəngəzur öz həyatının yeni dövrünü – bərpa və quruculuq dövrünü yaşayır. Vandalların viran qoyduğu yaşayış məntəqələri bərpa olunur, infrastruktur yenidən yaradılır, hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa olunur, məcburi köçkünlər ata-baba yurdlarına qaytarılır.
    Bunu da xüsusi qeyd etməliyəm ki, dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva vaxtaşırı bölgəyə səfərlər edir, aparılan işlərə gündəlik diqqət göstərir və nəzarət edirlər.
    Hörmətli həmkarlar!
    Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün sülh danışıqlarına başlamağa şərait yaratmışdır. Biz Ermənistan Respublikasını danışıqlar prosesində sülh prosesini poza bilən hərəkətlərdən çəkinməyə çağırırıq.
    Biz əminik ki, Ermənistan tərəfindən məsuliyyətli münasibət nümayiş etdirilərsə, iki dövlət arasında sülh müqaviləsi qısa müddətdə imzalana bilər.
    Hörmətli həmkarlar!
    İcazə verin, xalqımıza Zəfər sevincini yaşadan, onun ədalətə və özünə inamını qaytaran möhtərəm Prezidentimizə, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığımızı bildirək, onları ürəkdən təbrik edək.
    Təklif edirəm, Zəfər Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. (Alqışlar.)
    Mən hesab edirəm ki, bu alqışlar bizim təbrik mə¬k¬tu¬blarını dəstəkləyən alqışlardır. İcazə verin, Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq.
    Hörmətli deputatlar!
    Təəssüf ki, müharibə itkisiz olmur. Biz də bu müharibədə şəhidlər vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə möhkəm can sağlığı, yaralı hərbçilərimizə isə şəfa diləyirik.
    Hörmətli həmkarlar, bir məlumatı da nəzərinizə çatdırmaq istəyirəm.
    Dünən Milli Məclisdə Vətən müharibəsində qələbəmizə həsr edilən “Zəfər Guşəsi”nin açılışı olmuşdur. Tədbirdə Milli Məclisin rəhbərliyi və Milli Məclisdə dövlət qulluğuna qəbul edilmiş 4 qazimiz və şəhid anası iştirak etmişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR