AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Ağakişibəyli kənd Şəhidi Polkovnik-leytenant Qartal ləqəbli Şuşa Fatehi Ramiz Cəfərovun anım günüdür - Jurnalist Ülkər Piriyeva - ÖZƏL

  • + A
  • - A
  • 6-11-2022, 19:18

    Masallı rayonu Ağakişibəyli kənd Şəhidi Polkovnik-leytenant Qartal ləqəbli Şuşa Fatehi Ramiz Cəfərovun anım günüdür - Jurnalist Ülkər Piriyeva - ÖZƏL

    Bufün, Masallı rayonu Ağakişibəyli kənd Şəhidi Polkovnik-leytenant Qartal ləqəbli Ramiz Cəfərovun anım günüdür.


    44 günıük Vətən müharibəsində qəhrəmanlığı ilə Azərbaycanın adını tarixə yazan hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Ramiz Cəfərovdur. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşıb.

    Ümumi olaraq 40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 6-da Şuşa istiqamətində şəhid olub.


    Ramiz Cəfərov 10 dekabr 1974-cü ildə Ukraynanın Makeyevka şəhərində (Donetsk vilayəti) anadan olub. Əslən Ağakişibəyli kəndindəndir.

    1981-1985-ci illərdə Sumqayıt şəhərində 17 nömrəli tam orta məktəbdə, 1985-1989-cu illərdə Sumqayıt şəhərində 11 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə isə Cəmşid Naxçıvanski Hərbi Liseydə təhsil alıb. 1992-1996-cı illərdə V. F. Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb.

    Alman, ingilis və rus dillərini bilirdi.

    Ramiz Cəfərov, 2004-cü ildə martın 1-dən martın 20-nə qədər Birləşmiş ştatlarda baş tutan NATO-nun "Əməliyyat heyəti zabitləri" Kursunda olmuşdur.

    2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Ramiz Cəfərov, cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.

    2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır.

    Ümumi olaraq 40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur.

    Noyabrın 6-da Şuşa istiqamətində şəhid olmuşdur.

    Ramiz Cəfərov ailəli idi, Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı və Nurlan adında oğlu yadigar qaldı.

    Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ramiz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

    Ramiz Cəfərov noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhid olub.

    II Şəhidlər Xiyabanında dəfn olunub.

    Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı, 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!


    Ülkər Piriyeva



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR