AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin daxili işlər naziri ABŞ-ın İstanbul terroru ilə bağlı başsağlığı verməsini tənqid edib

  • + A
  • - A
  • 14-11-2022, 09:58

    Türkiyənin daxili işlər naziri ABŞ-ın İstanbul terroru ilə bağlı başsağlığı verməsini tənqid edib

    Türkiyənin daxili işlər naziri Süleyman Soylu bazar günü İstanbulda törədilən terror aktı ilə bağlı ABŞ-ın rəsmi başsağlığı verməsini kəskin tənqid edib və qeyd edib ki, buna yaxın vaxtlarda cavab veriləcək. Azadmedia.az xəbər verir ki, bu barədə TASS yazır.
    “Mənə elə gəlir ki, ABŞ-ın bu gün verdiyi başsağlığı, sanki qatilin hücum yerinə ilk gələnlərdən biri kimi qiymətləndirilə bilər. Bu mesajın cavabı çox aydın olacaq, ümid edirəm ki, çox yaxın gələcəkdə”. Məlumatı səsləndirən “Haber” telekanalı bazar ertəsi türkiyəli nazirdən sitat gətirib. Qeyd edək ki, Soylu başsağlığı mətnini təqdim etməyib.

    Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri əlavə olaraq, "Beyoğlu bölgəsində yaşanan ağrılara görə çox yaxında cavab verəcəyini" vəd edib. “Bir daha deyirəm, bizə bu ağrıya səbəb olanların cavabı yaşadıqlarımızdan qat-qat güclü olacaq. Onların zorakılıq hərəkəti ilə bizə hansı mesajı vermək istədiklərini bilirik. Biz bunu aldıq, qoy heç kim cavab tədbirləri ilə bağlı narahat olmasın”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR