AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naftalan şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artmışdır - STATİSTİKA

  • + A
  • - A
  • 14-11-2022, 17:23

    Naftalan şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artmışdır - STATİSTİKA


    Naftalan şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artmışdır.



    Azadmedia.az - a Naftalan Şəhər Statistika İdarəsindən bildirilir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Naftalan şəhərində əhaliyə 17568,2 min manatlıq ödənişli xidmətlər göstərilmişdir. Ödənişli xidmətlər keçən ilin müvafiq dövrünə nisbətən 29,0 faiz artmışdır.

    Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 17315,5 min manat olmuşdur. Fiziki şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 252,7 min manat olmuşdur.

    Əhaliyə göstərilən ödənişli xidmətin 14,6 faiz və ya 2557,7 min manatı dövlət, 85,4 faiz və ya 15010,5 min manatı qeyri-dövlət mülkiyyətinin payına düşür.
    2022-ci ilin yanvar-sentyabr ayları ərzində 130,8 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çox olmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR