İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.
Əldə olunan məlumata görə, hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıblar.
Partlayışın təsirindən divar həyətə aşıb. Nəticədə parklanma vəziyyətində olan maşınlara ciddi ziyan dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, partlayışla bağlı "112" xidmətinə məlumat daxil olub.
Yanğından Mühafizə Bölmələri və Xüsusi Riskli Xilasetmə Qüvvələri əraziyə cəlb edilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
***
TƏBİB-dən verilən məlumata görə, partlayışla əlaqədar TƏBİB-in tabeli tibb müəssisəsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb edilib.
İlkin məlumata görə, 3 uşaq olmaqla, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi yardım göstərilir. Vəziyyətləri ilə bağlı əlavə məlumat veriləcəkdir.