AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov “Ölkə iqtisadiyyatının şaxələndirilməsində gənclərin rolu və müasir məşğulluq trendləri" mövzusunda panel görüşün qonağı olub - FOTO

  • + A
  • - A
  • 25-11-2022, 00:41

    Millət vəkili Məşhur Məmmədov “Ölkə iqtisadiyyatının şaxələndirilməsində gənclərin rolu və müasir məşğulluq trendləri" mövzusunda panel görüşün qonağı olub - FOTO


    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi” çərçivəsində panel görüşlərə start verilib.

    Azadmedia.az xəbər verir ki, ilk panel görüş millət vəkili Məşhur Məmmədovla keçirilib.

    Belə ki, panel görüş millət vəkili Məşhur Məmmədovun təqdimatında “Ölkə iqtisadiyyatının şaxələndirilməsində gənclərin rolu və müasir məşğulluq trendləri" mövzusunda baş tutub.

    Millət vəkili Məşhur Məmmədov, Ulu Öndərin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə gənclər siyasətinin uğurla davam etdirildiyini vurğulayıb. Həmçinin bu məktəbdə Azərbaycanın tanınmış ziyalıları ilə panel görüşlərin, interaktiv məşğələlərin keçirilməsi gənclərin liderlik yolunda daha çox bilgi əldə etməsinə, uğurlu və layiqli gənc lider ruhunda yetişməsinə kömək edəcəyini bildirib.

    Qeyd edək ki, görüş zamanı layihə iştirakçıları ilə fikir mübadiləsi aparılıb, gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR