Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, 15 İyul Şəhidlər Körpüsündən geçərkən intihara cəhd edən şəxsi fikrindən daşındırıb.
Prezident Ərdoğan Dolmabaxçə Əmək Bürosundan İstanbul Gəmiqayırma Komandirliyindəki proqramına gedərkən 15 İyul Şəhidlər Körpüsündə intihara cəhd edən vətəndaşı görüb, xidməti maşını saxlayıb vətəndaşın yanına gedib.
Prezident Ərdoğan vətəndaşı intihara cəhddən çəkindirib və ona qayğı göstərilməsini tapşırıb.
Prezident Ərdoğan daha sonra Pakistan MİLGEM layihəsi çərçivəsində inşa edilən 3-cü gəminin dənizə buraxılması, Dəniz Patrul Gəmisi Layihəsinin birinci gəmisi, Blokların döşənməsi və İkinci Gəminin Sac Kəsmə Mərasimləri üçün Pendikə gedib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.