Xüsusi əməliyyatda iştirak etmək üçün səfərbər olunan hərbçilər müvafiq hazırlıq keçiblər.
Bu barədə müdafiə naziri Sergey Şoyqu bildirib.
"Hərbi xidmətə qismən çağırılmış 300 mindən çox ehtiyatda olan hərbçi iki aylıq təlim keçib", - Şoyqu deyib.
Onun sözlərinə görə, ölkənin yüzdən çox hərbi bazasında hərbçilər hazırlanıb, hazırlıqlara 3 min təlimatçı cəlb olunub. Eyni zamanda, MN rəhbəri əlavə edib ki, təlimlər Belarus ərazisində də baş tutub.
"Unikal"
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.