AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SON DƏQİQƏ! Rusiyanın yeni planı BƏLLİ OLDU - 2023-cü ildə...

  • + A
  • - A
  • 1-12-2022, 13:40

    SON DƏQİQƏ! Rusiyanın yeni planı BƏLLİ OLDU - 2023-cü ildə...


    Rusiyanın 2023-cü ildə strateji nüvə qüvvələri layihələrinə xüsusi önəm verəcək
    Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlik rəsmiləri ilə görüşdə Rusiya ordusunun vəziyyəti və planları barədə açıqlamalar verib.

    Şoyqu Rusiya Müdafiə Nazirliyi ilə Rusiya Elm və Ali Təhsil Nazirliyi arasında ortaq təlimlərin keçirildiyi mərkəzlərin 2021-ci ildən bu yana minlərlə hərbçi yetişdirdiyinə diqqət çəkib.

    Nazirin sözlərinə görə, bu müddət ərzində 8 yeni təlim mərkəzləri yaradılıb və bu mərkəzlərin sayı 120-yə çatdırılacaq.

    "Gələn il Rusiya ordusunun silahlarının modernləşdirilməsi və yeni silahların alınması üçün əlavə büdcə artırılacaq. Dövlət müdafiə sifarişlərinin həcmi də təxminən bir yarım dəfə artırılacaq. Bu, avadanlıq təminatının 97 faizini təmin etmək imkanı verəcək. Qoşunların qabaqcıl texnikasının istehsal həcmini mümkün olan qədər maksimum səviyyədə saxlamaq vacibdir" - Şoyqu deyib.

    Müdafiə naziri Rusiya ordusunun Ukraynadakı hərbi əməliyyatlarında yeni silahları sınaqdan keçirildiyini bildirib:

    "Görüşün mühüm mövzusu raket və artilleriya birləşmələrinin inkişafıdır. Düşmənin ən mühüm məğlubiyyətləri raket və artilleriya birləşmələridir. Bu, ilk növbədə pilotsuz təyyarələrin kəşfiyyatı və hücumları, eləcə də perspektivli müasir silahlarla əlaqəlidir. Xüsusilə Rusiya ordusunun inventarında olan Tornado-C və Malka adlı raket sistemləri döyüş meydanında çox təsirlidir".

    Şoyqu səfərbərlik fərmanı ilə 300 mindən çox Rusiya vətəndaşının orduya ehtiyat əsgər kimi qatıldığını xatırladıb:

    “Rusiya və Belarusda 100-dən çox poliqonda könüllülər də daxil olmaqla 300 mindən çox insan 2 aylıq təlim keçib. Əsgərlər həm təkbaşına, həm də qoşunların tərkibində döyüş və xüsusi tapşırıqları uğurla yerinə yetirmək üçün lazım olan bilik və bacarıqlara yiyələniblər”.

    2023-cü ildə Rusiya ordusunun inkişafı üçün yeni layihələrin həyata keçiriləcəyini bildirən Şoyqu deyib ki, strateji raket qüvvələrinin 5 birləşməsində yeni raket komplekslərinin yerləşdirilməsi üçün infrastruktur obyektlərinin tikintisi artıq təmin edilib.

    "2023-cü il layihələrində biz strateji nüvə qüvvələrinə xüsusi diqqət yetirəcəyik" - rusiyali nazir qeyd edib.

    Musavat.com


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR