Ermənistan parlamenti sentyabr qarşıdurması nəticəsində guya onlara təcavüz edildiyini iddia edərək Azərbaycanı pisləyən bəyanatı qəbul etməyib.
AzadMedia.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bəyanatın müəllifi olan müxalif "Ermənistan" fraksiyası hakim "Mülki müqavilə" fraksiyası ilə anlaşa bilməyib. Nəticədə hakim fraksiya səsvermədə iştirak etməyib və bu səbəbdən bəyanat layihəsi qəbul edilməyib.
Məlumata görə, rəhbərlik sözügedən bəyanatdan "Artsax Respublikası" ifadəsinin silinməsini və onun əvəzinə "Qarabağ erməniləri" yazılmasını istəyib ki, bu da tərəflər arasında fikir ayrılığına səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.