Amerika Birləşmiş Ştatları və G7 ölkələri prezident Volodimir Zelenskinin təqdim etdiyi sülh planını dəstəkləyir.
Bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink bildirib.
Onun sözlərinə görə, sözügedən plan müharibənin potensial həllinə çevrilə bilər: "İndi kimin sülhün, kimin müharibənin tərəfində olduğu çox aydındır. Prezident Zelenski 10 bənddən ibarət sülh planından danışıb. Biz ABŞ və G7 ölkələri bu planı dəstəkləyirik, çünki inanırıq. Bu, müharibəni bitirmək üçün potensial plan ola bilər. Məhz bu bazar ertəsi Rusiya yenidən Ukrayna şəhərlərinə 70 raket atdı. İndi tamamilə aydındır ki, ruslar müharibəni bitirmək istəmir. ABŞ sülhü dəstəkləyir".
Xatırladaq ki, daha əvvəl Ukrayna lideri Volodimir Zelenski G20-nin üzvlərinə onlayn müraciəti zamanı "Ukrayna sülh formulu"nu təqdim etmişdi.
Söhbət Rusiya ilə müharibəni necə bitirməyin faktiki planından gedir. Bu düstur radiasiya, nüvə, ərzaq və enerji təhlükəsizliyinin təminatlarından, habelə Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından ibarətdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.