AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP Masallı rayon təşkilatı apatında "Ordumuzun yanındayıq" mövzusunda YAP-nın üzvü olan idmançılarla görüş keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 19-12-2022, 10:38

    YAP Masallı rayon təşkilatı apatında "Ordumuzun yanındayıq" mövzusunda YAP-nın üzvü olan idmançılarla görüş keçirilib - FOTOLAR


    YAP Masallı rayon təşkilatı apatında "Ordumuzun yanındayıq" mövzusunda Yeni Azərbaycan Partiyasının üzvü olan idmançılarla görüş keçirilib.

    Azadmedia.az xəbər verir ki, öncə Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.

    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
    Dünya miqyasında çox az şəxsiyyət tapılar ki, Heydər Əliyev kimi siyasi uzunömürlüyə malik olsun, xalqı və milləti tərəfindən belə uzun müddət etibara və etimada layiq görülsün, uzun müddət xalqının xoşbəxtliyi, firavanlığı, inkişafı və müstəqilliyi yolunda fədakarcasına fəaliyyət göstərsin, özündən sonra müstəqil dövlət kimi qiymətli bir miras qoyub getsin. Buna görədir ki, indi Heydər Əliyev müstəqil Azərbaycanın simvollarından birinə çevrilmişdir, Azərbaycanın bugünkü və gələcək tarixində özünə bir əbədilik qazanmışdır.
    Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır. Seyfəddin Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi fəaliyyəti ordumun xalqımızla birliyi Ulu Öndər Heydər Əliyevin qurduğu ordunun ənənəsinin davamı olaraq bütün dünyaya boyük zəfərimizin vasitəsilə Azərbaycan ordusunun böyük qüdrətini nümayiş etdirdi 44 günlük vətən müharibəsindən söz açaraq bildirmişdir ki, Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Azərbaycan xalqı müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz.

    Tədbirdə iştirak edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Cüdo və Sambo idman növləri üzrə Əməkdar məşqçi müəllim Xanağa Quliyev, veteran idmançılar - Bəhram Məmmədov, Həbib Mehtiyev və gənc idmançı Qeysər Əkbərov çıxış edərək Prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, Şuşa-Xankəndi yolunda Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı etiraz aksiyasıyalardan danışaraq hər zaman Dövlətimizin yanında olduqlarını qeyd ediblər.

    Sonda idmançılar ölkəmizdə idmanın inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən qayğıya görə dövlətimizin başçısı Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.












    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR