AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Prokurorluğun Mətbuat Xidmətinə rəhbər təyin olunub

  • + A
  • - A
  • 20-12-2022, 14:01

    Baş Prokurorluğun Mətbuat Xidmətinə rəhbər təyin olunub


    Baş Prokurorluğun Mətbuat Xidmətinə rəhbər təyin edilib.

    Bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

    Əmrə əsasən, Hacıyev Saleh Ruslan oğlu bu vəzifəyə təyinat alıb.

    Saleh Hacıyev buna qədər Baş Prokuror Kamran Əliyevin xüsusi məsələlər üzrə köməkçisi olub.

    Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə tutduğu vəzifədən azad olunaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müvafiq vəzifəyə təyin edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR