AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda küçəyə atılan 3 aylıq körpə sığınacağa yerləşdirildi

  • + A
  • - A
  • 20-12-2022, 16:30

    Bakıda küçəyə atılan 3 aylıq körpə sığınacağa yerləşdirildi


    Bakıda ötən gün körpə küçəyə atılıb.

    Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkədə yazıb.

    O bildirib ki, körpə dünən gecə saatlarında paytaxt sakinlərindən birinin qapısına tanımadığı şəxs tərəfindən qoyulub və o uşağı sığınacağa gətirib:

    “Körpənin üzərində özünün və anasının sənədi tapılıb. Hazırda körpənin hansı səbəbdən tərk edilməsi və anasının tapılması üçün araşdırma aparılır. O, müayinə olunaraq sığınacağımıza yerləşdirilib”.

    *** 12:21

    Bakıda küçədə 3 aylıq körpə tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevməlumat verib. Bildirib ki, Binəqədi rayonunda dekabrın 19-da axşam saatlarında Binəqədi qəsəbəsi Gülüstan küçəsində atılan 3 aylıq oğlan uşağı polis tərəfindən sığınacağa yerləşdilib.

    Polis əməkdaşları tərəfindən körpənin anasının şəxsiyyəti müəyyən olunub.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR