AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özbəkistanda nazirlik və dövlət idarələrinin sayı iki dəfə azalacaq

  • + A
  • - A
  • 21-12-2022, 08:35

    Özbəkistanda nazirlik və dövlət idarələrinin sayı iki dəfə azalacaq

    Gələn il Özbəkistanda nazirlik və idarələrin sayı iki dəfədən çox azalaraq 61-dən 28-ə çatdırılacaq.

    Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çərşənbə axşamı bildirib.

    “Bundan sonra nazirlər köhnə üsulla işləməyəcək. Əgər nazirin öz sahəsində dəqiq strateji yanaşmaları yoxdursa və fəaliyyəti insanların problemlərini yüngülləşdirməyəcəksə, belə bir rəhbərin nə faydası var? Ümumilikdə, inzibati islahatlar çərçivəsində nazirlik və idarələrin sayı 61-dən 28-ə endiriləcək, məmurların sayı isə 35% azaldılacaq”, - Mirziyoyev Özbəkistan parlamentinə və xalqına ənənəvi müraciəti zamanı deyib.

    Mənbə: TASS


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR