AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO-nun Kosovodakı missiyası Serbiyanın oraya qoşun göndərməsi ilə bağlı müraciətini - Rədd edib

  • + A
  • - A
  • 9-01-2023, 08:10

    NATO-nun Kosovodakı missiyası Serbiyanın oraya qoşun göndərməsi ilə bağlı müraciətini -




    NATO-nun Kosovodakı missiyası Serbiya hökumətinin serblərlə Kosovo rəsmiləri arasındakı toqquşmadan sonra 1000 nəfər polis və hərbi heyətin göndərilməsi müraciətini rədd edib. Bunu yanvarın 8-i Serbiya prezidenti Aleksandar Vuçiç bildirib.

    Serbiyanın keçmiş Kosovo vilayəti 1998-1999 müharibəsindən sonra 2008-ci ildə müstəqillik elan edib. Həmin müharibə zamanı NATO qüvvələri əhalisinin əksəriyyəti albanlar olan Kosovonu qorumaq üçün Serbiya və Monteneqrodan ibarət Yuqoslaviyanı bombalayıblar.

    Pink televiziya kanalına müsahibəsində Vuçiç deyib ki, NATO-nun Kosovodakı missiyası Birləşmiş Millətlər Təşkilatının qətnaməsini əsas göstərərək, Serbiya ordusunun Kosovoya qayıtmasına ehtiyacın olmadığını bildirib.

    Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətmasinə əsasən, Serbiya NATO-nun Kosovo missiyası tərəfindən təsdiq edildiyi halda serblərin üstünlük təşkil edən ərazilərə yaxın sərhəd keçidlərində və ortodoks xristian ərazilərində öz qoşunlarını yerləşdirə bilər.

    Keçən ay, müharibənin bitməsindən sonra ilk dəfə Serbiya Kosovoya qoşunların göndərilməsi üçün müraciət edib. Bu, Kosovo ərazisinin şimalında, serblərin çoxluq təşkil etdiyi ərazidə, onların Kosovo rəsmiləri ilə toqquşmasından sonra baş verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR