Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun bıçaqlanması ilə bağlı təfərrüatlar məlum olub.
Hadisəni törədən naməlum şəxs (şəxslər) tərəfindən mənzilə daxil olmadan əvvəl elektrik enerjisi kəsilib. B.Cabbarov gəlini ilə birlikdə mənzildə olan zaman qətlə yetirilib.
Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb və həkim briqadası əraziyə yollanıb. B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.