AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

  • + A
  • - A
  • 11-01-2023, 16:29


    Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb



    Milli Hidrometeorologiya Xidmətinin yanvarın 11-nə olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, arabir qar yağıb, bəzi yerlərdə intensivləşib.

    Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
    O qeyd edib ki, qar örtüyünün hündürlüyü Cəlilabadda 35, Altıağacda 31, Lerikdə 30, Rvarudda 29, Xaltanda 25, Kəlvəz, Yardımlıda 22, Qubada 19, Xaçmazda 18, İsmayıllı, Göytəpədə 16, Qaxda 15, Şamaxı, Qusar, Qəbələdə 14, Şabranda 12, Biləsuvar, Şəki, Lənkəranda 7, Qobustan, Hacıqabul, Daşkəsəndə 6, Gədəbəy, Ağsu, Göyçay, Tərtər, Cəfərxan, İmişlidə 3, Ağdərə, Göygöl, Bərdə, Astarada 2, Ceyrançöl, Sabirabad, Beyləqan, Salyan, Naftalan, Ağdamda 1, Sumqayıtda 10, Bakıda 8, Maştağa, Binədə 4, Ələt, Pirallahıda 1 santimetrədək olub.
    Şimal-şərq küləyinin sürəti Neftçalada saniyədə 20, Bakıda və Abşeron yarımadasında 16 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.6 metrə çatıb.
    G.Məmmədova onu da qeyd edib ki, dumanlı hava şəraiti isə Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Şəki, Şamaxı, Qrız, Lerikdə müşahidə olunub, görmə məsafəsi 50-100 metrədək məhdudlaşıb.
    “Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək şaxta, Naxçıvan Muxtar Respublikasında 8-11°, dağlıq rayonlarda 10-16° şaxta, Aran rayonlarında isə 2°-dək şaxta olub”, - deyə G.Məmmədova qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR