Milli Qəhrəman Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin 7 ç sinfi 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
Yanvarın 18-də Bakı şəhərində yerləşən R. Nəsrəddinov adına 39№-li tam orta məktəbin 7ç sinif rəhbəri və şagirdləri, həmçinin valideynlər 20 Yanvar – Ümumxalq Hüzn Gününün 33-cü ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanını, o cümlədən “Əbədi məşəl” abidəsini ziyarət edib, şəhid məzarlarına gül dəstələri qoyublar.

Ziyarət sinif rəhbəri Şəhla Əhmədovanın təşkilatçılığı ilə reallaşıb.

Sinif rəhbəri Şəhla Əhmədova azyaşlı məktəblilərlə həmsöhbət olub, şəhidlərimizin qəhrəmanlığı, göstərdikləri şücaətlər haqqında onlara ətraflı məlumat verib.

Sonra 7 ç sinfi “Türk şəhidliyi” abidəsini ziyarət edib, vətənimizin azadlığı uğrunda canından keçən türk şəhidlərini ehtiram hissi ilə anıblar.

Allah bütün şəhidlərimuzə rəhmət eləsin!