Aİ-nin Ermənistanda yerləşdiriləcək mülki nəzarətçiləri təxminən 100 nəfərdən ibarət olacaq. Bu barədə Aİ-nin mülki missiyasından məlumat verilib.
Nəzarətin yaxın həftələrdə fəaliyyətə başlayacağı vurğulanır.
Azadmedia.az xəbər verir ki, Aİ-nin mülki nəzarətçiləri Ermənistanın bir sıra şəhərlərində yerləşdiriləcək və Naxçıvan da daxil olmaqla Azərbaycan-Ermənistan dövlət sərhədini tamamilə əhatə edəcək.
Qeyd edək ki, Ermənistanın tələbi ilə Avropa İttifaqı iki il müddətinə bu ölkəyə, o cümlədən Ermənistan-Azərbaycan sərhədinə mülki nəzarətçilər göndərmək qərarına gəlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.