Azadmedia.az - Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Masallı rayon Heydər Əliyev Mərkəzində yanvarın 05-25 tarixləri arasında şagirdlər üçün ekskursiyalar təşkil edilib.
Ulu öndər Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq imkanı yaradan ekskursiyalar çərçivəsində şagirdlər müxtəlif eksponatlarla tanış olublar.
Ekskursiyalarda rayonun bir sıra ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.