AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov: "Bu, terror hadisəsidir, hüquqi qiymət tələb edirik"

  • + A
  • - A
  • 27-01-2023, 12:47

    Deputat Məşhur Məmmədov: "Bu, terror hadisəsidir, hüquqi qiymət tələb edirik"

    Azadmedia.az 70 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədovdan bu gün səhər İranda Azərbaycan Səfirliyinə edilən hücuma münasibət öyrənib. Millət vəkili hadisədən kədərləndiyini bildirib və qeyd edib ki, İran səfirliyinin yaydığı yalan məlumatla razılaşmaq olmaz, baş verənlər İranın ölkəmizə qarşı siyasətinin göstəricisidir. Məşhur Məmmədovun fikirlərini təqdim edirik:
    "Iranda Azərbaycan səfirliyinə hücum, insan itkisinin olması hər birimizi kədərləndirdi. Baş verən terror təkcə Azərbaycana deyil, beynəlxalq hüquqa hücumdur!
    Bu hadisənin davamlı hal alması beynəlxalq hüquqda mənfi bir tendensiya yaradır. Bununla bağlı beynəlxalq qurumlar artıq hərəkətə keçməlidir. BMT başda olmaqla, beynəlxalq konvensiyaların iştirakçısı olan dövlətlər buna münasibət bildirməlidir. Bu gün Azərbaycana qarşı baş verən hadisəyə susqunluq göstərilsə, sabah başqa bir dövlətə qarşı da ola bilər.
    İranın nağılabənzər açıqlamasını qəbul etmirik, bu, ailə məsələsi yox, İranın apardığı siyasətdir. Terroru qınayır və pisləyirik, hüquqi qiymət tələb edirik!".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR